RU

"Matçın ədalətli nəticəsi heç-heçə idi" - Bəhlul Mustafazadə

"Bu cür rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Hətta qalib gələ də bilərdik. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə oyundan (2:2) sonra "CBC Sport"a açıqlamasında deyib. 28 yaşlı müdafiəçi qələbəyə bərabər heç-heçəni belə şərh edib:
"Komanda şəklində göstərdiyimiz oyundan razıyıq. Amma daha da artırmalıyıq ki, xallarımızın sayını çoxaldaq. Rəqibin gücü bəlli idi. Bəlkə də daha müdafiəyəmeyilli oynasaydıq, hesabı qoruya bilərdik. Amma buna baxmayaraq, biz öndə olduğumuz alarda belə hücumlar edirdik, 3-cü qolu vurmağa çalışırdıq. Çalışdıq ki, yaxşı oyun göstərək və nəticə qazanaq".

Bəhlul sözügedən görüşün karyerasının ən çətin matçı olub-olmaması haqda sualı bu cür cavablandırıb:
"Xeyr. Ümumi götürsək, "Çelsi"yə qarşı bərabər səviyyədə oyun nümayiş etdirə bildik. Ona görə də bu matça ən çətin deməzdim. "Çelsi"yə qarşı oyunumuzu İtaliyada da göstərmək, daha da təkmilləşdirmək istəyirik. Əlbəttə ki, rəqibimiz güclüdür. Buna baxmayaraq, biz də çalışacağıq ki, layiqli mübarizə aparaq, xal və ya xallar qazanaq".
Избранный
13
2
football-plus.az

3Источники