RU

“ABŞ ni “bitcoin” super gücünə çevirəcəyik” Tramp

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Biz ABŞ-ni “bitcoin” super gücünə və dünyanın kriptovalyuta mərkəzinə çevirmək niyyətindəyik”.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz Çindən xeyli irəlidəyik. Ancaq biz kriptovalyutanı düzgün inkişaf etdirməsək, Çin inkişaf etdirəcək”, - Tramp qeyd edib.

Amerika lideri bu fikirləri “bitcoin”in ucuzlaşması fonunda səsləndirib.

Qeyd edək ki, “Binance”ın məlumatlarına görə, “bitcoin”in qiyməti noyabrın 5-də 100 min dollardan aşağı düşərək, 99 908 dollar olub. “Bitcoin”in ucuzlaşması əsasən mədənçiliklə əlaqəli şirkətlərin səhm qiymətlərinə təsir edib. Əvvəllər yüksək mənfəət əldə etmələrinə baxmayaraq, əksər səhmlər bir neçə faiz ucuzlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
yeniavaz.com

1Источники