RU

QDF və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Zəfər Günü: beş illik qürur salnaməsi” mövzusunda tədbir keçirilib

5 noyabr 2025-ci il tarixində Zəfər Gününün beşinci ildönümü münasibətilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Zəfər Günü: beş illik qürur salnaməsi” mövzusunda tədbir keçirilib.

Qarabağ Dirçəliş Fondundan (QDF) 90deqiqe.Az-a verilən məlumata görə, Qarabağ Dirçəliş Fondu (QDF) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, universitetin professor-müəllim heyəti və 200-dən artıq tələbəsi, eləcə də Xankəndi şəhərinin sakinləri iştirak ediblər.

“#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu il xalqımızın qürur və şərəf simvoluna çevrilmiş Zəfər Gününün beşinci ildönümünün qeyd olunduğunu vurğulayaraq, Qarabağ bölgəsində təhsilin inkişafı, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə geniş təqdimatla çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bu gün biz yalnız Zəfərimizin beşinci ildönümünü deyil, xalqımızın birliyinin, qətiyyətinin və yenilməz ruhunun beş illik təntənəsini qeyd edirik.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad etməklə xalqımıza qürur, sevinc və inam bəxş etdi. Bu gün isə həmin qələbənin bəhrələrini – azad Qarabağın yenidən dirçəlişini görürük”.

Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Rəhman Hacıyev və Şahin Bayramov tədbir iştirakçılarının ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbir universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə möhtəşəm konsert proqramı ilə yekunlaşıb.

Избранный
26
3
90deqiqe.az

4Источники