RU

Ötən 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin həcmi açıqlandı

BAKI, 6 noyabr. TELEQRAF

Bu ilin yanvar - oktyabr ayları ərzində ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara 156 milyon 759,9 min manat məbləğində ƏDV geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, qaytarılan ƏDV məbləği ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərin hesabına ödənilib.

2025-ci ilin 9 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 8 milyon 964,6 min manat təşkil edib.

Избранный
19
5
teleqraf.com

10Источники