RU

Azərbaycan mineral və orqanomineral gübrələrin idxalını ƏDV dən azad edə bilər

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycanda mineral və orqanomineral gübrələrin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.

525.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır. Məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrələrə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsidir. Odur ki, mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin satışının, xammal kimi istifadə edilməsi məqsədilə mineral və orqanomineral gübrələrin idxalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
525.az

1Источники