RU

“Avropa odla oynayır”: Qərb Putinin son göstərişlərini ciddi qəbul etdi

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının milli-mühafizəkar üzvü Armando Mema, Avropa ölkələrini sərt tənqid edib. Mema, sosial şəbəkədəki paylaşımında, Avropanın Rusiyaya qarşı proksi müharibəsini maliyyələşdirməyi “son dərəcə təhlükəli atəşlə oynamaq” kimi qiymətləndirib.

Vətəninfo.az xəbər verir ki, Putinin nüvə sınaqlarına hazırlıq əmrindən sonra Mema, yazısında deyib: “Mən sizə deyirəm, bu zarafat deyil. Bu çox ciddidir. Avropa Rusiyaya qarşı proksi müharibənin davam etdirilməsini maliyyələşdirməklə odla oynayır.”

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin son günlər Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və kəşfiyyat xidmətləri daxil olmaqla bir neçə mühüm dövlət qurumuna nüvə silahı sınaqlarının bərpasına hazırlıqla bağlı təhlil aparmağı tapşırıb. Bu göstəriş, Rusiya Təhlükəsizlik Şurasının iclasında elan edilib və prezident bununla bağlı daha razılaşdırılmış təkliflər tələb edib.

Избранный
20
veteninfo.az

1Источники