RU

Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib - FOTO

Noyabrın 6-da Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi yürüş keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, şəhərin mərkəzi küçəsində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunan yürüş bayram ab-havası yaradıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri tərəfindən səsləndirilən vətənpərvər musiqilər yürüşə xüsusi ruh verib.

Tədbirdə üçrəngli bayraqlar dalğalanıb, "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib. Zəfər Günü münasibətilə keçirilən yürüş bir daha Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi qələbənin əzəmətini nümayiş etdirib.

 

10:40

xxx

Xankəndi şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi qulluqçuların yürüşü başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xankəndinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

Xəbər yenilənəcək

  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
Избранный
24
10
day.az

10Источники