RU

Bakı, Xankəndi, Laçın və Naxçıvanda zəfər yürüşü

Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

* Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

* Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

***

Xankəndinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

***

Laçında Zəfərin beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.

Hərbi qulluqçular saat 10-dan 12:00-dək yürüş edəcəklər.

***

Naxçıvanda Zəfər Günü ilə bağlı hərbi yürüş keçirilir.

Yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak edir.

Hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər parkı”nadək davam edəcək yürüşdə hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirirlər.

Избранный
23
5
nocomment.az

8Источники