AZ

Naxçıvanda hərbi yürüş keçirilib - FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

Aznews.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən başlayıb.
Hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş şəhərinin Əziz Əliyev küçəsi və Heydər Əliyev prospektinin kəsişməsindən "Zəfər parkı"nadək davam edib.
Zəfərin beşinci ildönümündə təşkil olunan yürüşdə hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirilib.
Hərbiçilərin möhtəşəm yürüşü yerli sakinlər tərəfindən alqışlarla qarşılanıb. Polis əməkdaşlarının müşaiəti ilə yürüş "Zəfər parkı"nda başa çatıb. Sonda yürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Seçilən
7
2
aznews.az

8Mənbələr