RU

FHN Bakıda Etilen-polietilen zavodunda yanğın-taktiki təlimi keçirib -FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhəri ərazisində yerləşən “SOCAR” “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yanğın-taktiki təlim keçirib.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı zavodda baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupları isə “zərərçəkmişlərin xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin ümumilikdə 6 ədəd texnikası və 50 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

222222222
Избранный
6
9
redaktor.az

10Источники