RU

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıbFOTO

Bu gün Qazaxıstandan 15 vaqon taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana keçir.

Xezerxeber.az xəbər verir ki, qatar Biləcəri Dəmiryol Stansiyasına çatıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bunu jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycandan tranzitlə Ermənistana gedən yük qatarında 1 000 tona yaxın Qazaxıstan taxılı var. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb: "Artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir. Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərilib. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır.

Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən 1000 tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir". 

Qeyde edək ki, müvafiq texniki işlərin həyata keçirilməsindən sonra qatar Ermənistana yola salınıb. 

  • Qazaxıstan
  • Qazaxıstan
Избранный
21
19
xezerxeber.az

10Источники