RU

Bakıda hərbçilərin zəfər yürüşü başladı

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin Zəfər yürüşü başlayıb.Metbuat.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra hərbçilərin yürüşünə start verilib və "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar səsləndirilir.Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş Qəzənfər Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətlərini əhatə edir.Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilir.Xatırladaq ki, 8 Noyabr - Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı.

Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Избранный
14
17
metbuat.az

10Источники