RU

ABŞ 36 tonluq ballistik raketi sınaqdan keçirdi “Minuteman III” 6.7 min kilometr uçub

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Kosmik Qüvvələrinin Komandanlığı noyabrın 5-də “Minuteman III” tipli qitələrarası ballistik raketin (QBR) sınaq buraxılışını həyata keçirib. Raket Kaliforniya ştatındakı Vandenberq Hərbi-Kosmik Qüvvələr bazasından buraxılaraq Marşall adalarındakı Kvadjalein atolu üzərində yerləşən raketdən müdafiə poliqonuna qədər 6700 kilometrdən çox məsafə qət edib.

Komandanlığın məlumatına görə, buraxılış nüvə başlığı ilə təchiz edilməmiş raketlə həyata keçirilib və sınaq “Minuteman III” sisteminin etibarlılığını, əməliyyat hazırlığını və dəqiqliyini qiymətləndirmək məqsədi daşıyıb.

“Minuteman III” - 36 ton çəkisi olan bərk yanacaqlı qitələrarası raketdir. Bu raketlər 1970-ci ildən ABŞ ordusunun silahlanmasındadır və hazırda təxminən 400 ədəd belə raket aktiv xidmətdə qalır. Onlar dövri olaraq modernləşdirilir və texniki sınaqlardan keçirilir.

Bu, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək niyyətini açıqlamasından sonra həyata keçirilən ilk “Minuteman III” sınağıdır. Bununla belə, Pentaqon vurğulayıb ki, belə buraxılışlar müntəzəm planlaşdırılmış sınaqlardır və hər hansı xarici siyasi və ya hərbi amillərlə əlaqəli deyil.

Qeyd edək ki, son həftələrdə Rusiya da bir sıra strateji silah sınaqları keçirib. Moskva “Burevestnik”, “Yars” və “Sineva” raketlərini, həmçinin “Poseydon” adlı nüvə sualtı aparatını sınaqdan çıxarıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
42
azpolitika.info

10Источники