AZ

ABŞ qitələrarası ballistik raket buraxdı

ABŞ prezidenti Donald Trampın nüvə silahı sınaqlarının bərpası əmrindən sonra ordu nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket buraxıb. Metbuat.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Kaliforniyadakı hərbi bazadan buraxılan “Minuteman 3” qitələrarası ballistik raket 6750 kilometr məsafə qət etdikdən sonra Marşal adalarına uğurla çatıb. Raketin sınaq zamanı heç bir döyüş başlığı daşımadığı qeyd edilib. Yerli dairələr sınaqların aylar əvvəldən planlaşdırıldığını bildirsə də, Trampın nüvə sınaqlarına qayıtmaq çağırışından sonra keçirilməsi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskvanın da nüvə silahlarının sınağının keçirə biləcəyini bəyan edərək, orduya hazırlıq tapşırığı vermişdi. ABŞ ordusu nüvə silahı sınaqlarını 33 il əvvəl həyata keçirmişdi.

Seçilən
7
42
metbuat.az

10Mənbələr