RU

Bunu Ukraynadan xahiş etməmişik, etməyəcəyik də... - Orban

Ukraynanın qarşısında Macarıstanın hansısa öhdəliyi olduğu barədə fərziyyəni rədd etməliyəm. Ukrayna Macarıstanı heç kimdən və heç nədən qorumur. Biz bunu ondan xahiş etməmişik və heç vaxt da etməyəcəyik.

Hurriyyet.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.

“Macarıstanın təhlükəsizliyi milli müdafiə imkanlarımız və NATO tərəfindən təmin olunur. Xoşbəxtlikdən, Ukrayna NATO-nun üzvü deyil”, – Orban qeyd edib.

O əlavə edib ki, onun ölkəsi Ukraynaya təxminən 200 milyon avro dəyərində humanitar yardım göstərib, həmçinin qaz və elektrik enerjisi tədarükünü davam etdirir. Bununla belə, o, yenidən Ukraynanın AB-yə üzvlüyünə qarşı çıxıb:

“Macarıstan Ukraynanın Avropa Birliyinə daxil olmasını dəstəkləmir və dəstəkləməyəcək, çünki bu, müharibəni Avropaya gətirəcək və macarların pullarını Ukraynanın xeyrinə əlindən alacaq. Biz hesab edirik ki, AB Ukrayna ilə strateji tərəfdaşlıq qurmalıdır, lakin bu, AB üzvlüyü olmadan baş verməlidir”.

Избранный
16
1
hurriyyet.az

2Источники