RU

Çempionlar Liqası: "Qalatasaray" qələbə qazandı, "Barsa" xal itirdi (VİDEO)

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə daha doqquz qarşılaşma keçirilib.

Türkiyə təmsilçisi “Qalatasaray” Niderlandda “Ayaks”ı 3:0 hesabı ilə üstələyib.

Qazaxıstanın “Kayrat” klubu İtaliyada “İnter”ə 1:2 hesabı ilə uduzub.

Gecənin ən maraqla gözlənilən oyunlarından biri İngiltərədə keçirilib. “Mançester Siti” doğma azarkeşləri önündə Almaniyanın “Borussiya” (Dortmund) klubunu sınağa çəkib. Görüş “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası IV tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) - 2:2

21:45. “Pafos” (Kipr) – “Vilyarreal” (İspaniya) - 1:0

00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 4:1

00:00. “İnter” (İtaliya) – “Kayrat” (Qazaxıstan) - 2:1

00:00. “Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya) - 0:1

00:00. “Brügge” (Belçika) – “Barselona” (İspaniya) - 3:3

00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) - 0:3

00:00. "Marsel" (Fransa) -"Atalanta" (İtaliya) - 0:1

00:00. “Nyukasl” (İngiltərə) – “Atletik” (İspaniya) - 2:0

Избранный
28
3
unikal.az

10Источники