RU

Çexiyada hökumətin istefası gözlənilir

BAKI, 6 noyabr. TELEQRAF

Çexiyada hazırkı hökumətin istefası gözlənilir.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir Petr Fialanın rəhbərlik etdiyi kabinetin istefası 6 noyabrda baş tuta bilər.

Məlumata əsasən, Çexiya parlamentinin aşağı palatasının (Deputatlar Palatası) ilk iclası başa çatıb və hökumət bu gün səhər öz iclasında istefa məsələsini müzakirə edəcək.

Yerlı KİV-lərin yazdığına görə, istefa qərarı elə həmin gün rəsmi şəkildə elan oluna bilər.

Qanunvericiliyə əsasən, hökumətin istefasını prezident qəbul edir və yeni kabinet formalaşana qədər hazırkı baş nazir və nazirlər müvəqqəti olaraq öz vəzifələrini icra edirlər.

Избранный
62
teleqraf.com

1Источники