RU

“Bəlkə də azarkeşlər bu nəticəni gözləmirdi” - Yankoviç

“Bəlkə də azarkeşlər bu nəticəni gözləmirdilər. İlk hissədə geri düşsək də, oyunu çevirməyi bacardıq. Qələbə də qazana bilərdik, amma “Çelsi”dən bir xal almağa nail olduq”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam klubunun futbolçusu Marko Yankoviç deyib.

“Çempionlar Liqasının səviyyəsi tamam başqadır. Burada çox güclü komandalar, futbolçular var. Biz də çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq” – Yankoviç əlavə edib.
Избранный
31
1
sherg.az

2Источники