RU

Qarabağ qısa zamanda 1 ci yerlərə yüksəldi Foto

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

“Qarabağ” bir neçə dəqiqə ərzində “X” sosial şəbəkəsində bütün dünya üzrə idman trendlərində 1-ci yerə qədər yüksəlib.

Ölkə.Az xəbər verir ki, bundan əlavə, "Qarabağ" topu itirdikdən sonra, 5 saniyə ərzində geri qazanmaqda ön sıradadır.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" ilə qələbəyə bərabər nəticə göstərib - 2:2.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
olke.az

2Источники