RU

Türkiyə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Super Liqa təmsilçisini Çağdaş Atan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Anadolu qartalları" 45 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Konyaspor" Recep Uçarla yollarını ayırıb. Çağdaş Atanın son iş yeri isə "Başakşehir" olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
30
3
bizim.media

5Источники