AZ

Super Liqa klubunun yeni baş məşqçisi açıqlandı

Bakı. Trend:

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisimüəyyənləşib.

Trend xəbərverir ki, Super Liqa təmsilçisini Çağdaş Atan çalışdıracaq. Bubarədə klubun mətbuat xidməti məlumat yayıb.

"Anadolu qartalları" 45 yaşlı mütəxəssislə 2026/2027 mövsümününsonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Konyaspor" Recep Uçarla yollarını ayırıb. ÇağdaşAtanın son iş yeri isə "Başakşehir" olub.

Seçilən
18
2
az.trend.az

5Mənbələr