RU

Sudan ABŞ ın atəşkəs təklifini rədd edibh

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Sudan ordusu Sürətli Reaksiya Qüvvələri yaraqlıları ilə mübarizə aparmaq üçün xalq səfərbərliyi elan edib

Sudan ordusu ABŞ-ın atəşkəs təklifini rədd edib və ölkənin qərb hissəsini ələ keçirən Sürətli Reaksiya Qüvvələri (SRQ) yaraqlıları ilə mübarizə aparmaq üçün xalq səfərbərliyi elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Suveren Şura (müvəqqəti idarəetmə orqanı) bəyan edib ki, "Şura ümumi səfərbərlik və bu üsyanı yatırmaq üçün dövlət səylərinin bir hissəsi olaraq üsyançı milisləri məhv etməkdə silahlı qüvvələri dəstəkləmək üçün Sudan xalqını səfərbər etmək qərarına gəlib".

“Bloomberg”in məlumatına görə, 30 oktyabrda Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhan Keçid Hərbi Şurasının təcili iclasından sonra ABŞ-ın təklifini rədd etmək qərarına gəlib.

Agentliyin mənbələri daha əvvəl bildirmişdi ki, Sudan ordusu ABŞ-ın müharibə edən tərəflər arasında saziş bağlamaq təklifini nəzərdən keçirir. Qeyd olunub ki, Misir Sudan ordusunu sülh yaratmağa məcbur edir. Planın təfərrüatları açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
ayna.az

1Источники