RU

“Qarabağ” – “Çelsi” oyununda şəhidlər anıldı - VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasının 44-cü dəqiqəsində tribunadakı azarkeşlər Vətən müharibəsi şəhidlərini ehtiramla yad ediblər.

Musavat.com xəbər verir ki, stadionda bir neçə dəqiqə ərzində alqış səsləri yüksəlib, azarkeşlər “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Bu anlar oyun zamanı duyğulu atmosfer yaradıb və komandaların futbolçuları da tamaşaçılara alqışlarla qarşılıq veriblər. 

 

Musavat.com

Избранный
32
musavat.com

1Источники