RU

Presnel Kimpembe: “PSJ-dən ayrılmağıma təəssüflənmirəm”

Hazırda “Qətər”də çıxış edən fransalı mərkəz müdafiəçisi Presnel Kimpembe, PSJ-dən ayırıldığına peşman olub-olmadığı ilə bağlı sualı cavablayıb.

Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Xeyr, heç bir təəssüf duymuram. Həyatda öz yolumla hərəkət edirəm, addımbaaddım. Burada olmağıma şadam”, deyə 2018-ci ilin dünya çempionu vurğulayıb.

Presnel Kimpembe futbola “Eranyi” klubunda qədəm qoyub, buradan PSJ-nin akademiyasına yol taparaq, püxtəşəlib və 2013-cü ildə parsililərin heyətində böyük futbolda debüt edib. Kimpembe bu ilin yayında PSJ-dən “Qətər”ə keçib. 30 yaşlı fransalı futbolçu Qətər klubu ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində cəmi 4 oyuna çıxıb.

Kimpembenin PSJ-də çıxışının ümumi mənzərəsi isə 241 oyun, 3 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Presnel Kimpembe 2018-ci ilin mart ayında debüt edtdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 28 oyun keçirib. Kimpembe “xorzular”la, Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının qalibi olub və həmçinin 2021-ci il UEFA Millətlər Liqasını qazanıb.

Əlavə edək ki, Presnel Kimpembe əslən Konqo Demokratik Respublikasındandır. Milli komanda səviyyəsində tarixi vətəninin U-21 yığmasında çıxış etmiş Kimpembe, sonradan Fransa bayrağı altına keçməyə qərar verib.

Klub səviyyəsində qənimətlərinə gəlincə, Kimpembe PSJ ilə Fransa Liqa 1-in (8 dəfə), Fransa Kubokunun (6 dəfə), Fransa Liqa Kubokunun (4 dəfə), Fransa Super Kubokunun (6 dəfə) və UEFA Çempionlar Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
17
21
arena.az

10Источники