Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilib.
Aznews.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobil yolunun kənarındakı şam ağacında böyük quş olduğunu görüblər.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib. Bundan sonra əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunub. Yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Quşun Qara kərkəs olduğu müəyyənləşib.