AZ

Xaçmazın şəhər mərkəzində aşkarlanan Qara kərkəs aidiyyəti üzrə təhvil verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobillərin intensiv hərəkət etdiyi yolun kənarındakı şam ağacında böyük qanadlı quş olduğunu müşahidə ediblər.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunublar. Polis əməkdaşları tərəfindən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Xilasedicilər Qara kərkəsi şam ağacından götürərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil veriblər.

Adı “Qırmızı kitab”a düşən Qara kərkəs Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
azertag.az

5Mənbələr