RU

Çempionlar Liqasında gecənin diqqətçəkən oyunu - “Siti” – “Borussiya”

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qrup mərhələsinin IV turu çərçivəsində maraqlı qarşılaşma baş tutacaq.

90deqiqe.Az-ın məlumatına görə, “Mançester Siti” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edəcək. Görüş Mançesterdəki “Etihad” stadionunda keçiriləcək və start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.

90deqiqe.Az bu iki komanda arasında son beş qarşılaşmanın nəticələrini təqdim edib:

25.10.2022 – “Borussiya” – “Mançester Siti” – 0:0

14.09.2022 – “Mançester Siti” – “Borussiya” – 2:1

14.04.2021 – “Borussiya” – “Mançester Siti” – 1:2

06.04.2021 – “Mançester Siti” – “Borussiya” – 2:1

04.12.2012 – “Borussiya” – “Mançester Siti” – 1:0

Qeyd edək ki, əvvəlki turda “Mançester Siti” İspaniyanın “Vilyarreal” klubuna qarşı 2:0 hesabı ilə qələbə qazanıb. “Borussiya” isə Danimarkanın “Kopenhagen” komandası üzərində 4:2 hesablı qələbə əldə edib.

Növbəti turda Xosep Qvardiolanın yetirmələri 25 noyabrda “Bayer” ilə qarşılaşacaqlar. Niko Kovaçın komandası isə həmin gün “Vilyarreal” ilə üz-üzə gələcək.

Əlavə edək ki, cari mövsümün Çempionlar Liqasının final oyunu 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.

Избранный
69
90deqiqe.az

1Источники