RU

Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblərVİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən göl qurudulub və yerində fərdi yaşayış evləri salınıb.

Xezerxeber.az-ın məlumatına görə, son 3 ildə isə gölün ərazisi tamamilə qurudularaq, üzərində evlər tikilib.

Sakinlərin sözlərinə görə, gölün olması onlar üçün müəyyən çətinliklər yaradıb. Son bir ilə qədər ərazidəki çirkab suları həmin gölə axıdılıb.

Gölün qurudulması ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyət yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra

mənzillərdən gölə axan kanalizasiya suları dayandırılıb. Torpaq doldurulan gölün üzərində inşa edilən evlərin hansı icazə sənədi ilə tikilməsi sualı isə cavabsız qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
24
3
xezerxeber.az

4Источники