RU

Səs-küylü transfer: "Qalatasaray" Messini gətirməyə hazırlaşır

Türkiyənin “Qalatasaray” klubu növbəti səs-küylü transferinə hazırlaşır.

 
Sitat.info xəbər verir ki, İstanbul təmsilçisi Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messini heyətinə qata bilər.
 
Bu barədə insayder Zeki Uzundurukan yutub səhifəsində məlumat yayıb.
 
38 yaşlı futbolçu cari mövsümün son 4 ayı ərzində DÇ-2026-ya daha yaxşı hazırlaşa biləcəyi komanda axtarışındadır.
 
Tərəflərin yaxın müddət ərzində danışıqlara başlayacağı gözlənilir.
 
 
Qeyd edək ki, Lionel Messi 8 qat “Qızıl top” mükafatının qalibidir.
Избранный
41
5
sitat.info

6Источники