"Qalatasaray" klubu Leo Messi transferini edə bilər.

Offsideplus.az xəbər verir ki, "Fotomaç" qəzetinin baş redaktoru Ziya Şakir Uzundurukan sensasion açıqlama verib. Onun sözlərinə görə, argentinalı ulduz qış fasiləsində 4 aylığına “Qalatasaray”a keçə bilər.

Uzundurukan bildirib ki, İstanbul təmsilçisinin skaut heyəti artıq bir müddətdir Messinin vəziyyətini yaxından izləyir:

“Messinin MLS-də qazancı 10 milyon avrodur. ‘Qalatasaray’ rəhbərliyi isə bu məbləği ödəməyə hazır olduqlarını deyib.”

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunun formasını geyinir.