RU

Xaçmazda “uçan” sürücü təhlükəli “şou”ları ilə qaydaları alt üst etdi VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xaçmazda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial platformasında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 99-DV-639 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə sürət həddini aşaraq həm özünü, həm də sərnişinləri təhlükəyə atıb. Hətta avtomobili yüksək sürətlə idarə edən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə də qəza şəraiti yaradıb.

Digər görüntüdə onun avtomobilin damına və ön alın şüşüəsinə operativ nəqliyyat vasitələrinə məxsus göy və qırmızı sayrışan işıq siqnalları quraşdırdığı aydın şəkildə əks olunub.

Başqa bir videoda isə sürücü yol kənarından hərəkətə sərt şəkildə başlayıb və bu zaman təkərin yer səthində sürtünməsi səsləri çıxarıb. Eyni zamanda sürücünün 77-NP-714 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla yarışdığı son kadrda əks olunub. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
avtosfer.az

1Источники