AzVision.az Musavata istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone BBC-yə verdiyi müsahibədə bildirib.
Admiral xatırladıb ki, 2022-ci ildə Ukraynaya qarşı başlanmış işğal əks-effekt doğuraraq Şimali Atlantika Alyansının genişlənməsinə gətirib çıxardı — Finlandiya (Rusiya ilə 1300 km quru sərhədinə malik) və İsveç (Baltik dənizinə çıxışı olan dövlət) NATO-ya üzv oldular. Halbuki Putin “xüsusi hərbi əməliyyat”ı elan edərkən məqsədinin “NATO-nun hərbi maşınının Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq” olduğunu bildirmişdi.
Kavo Draqonenin sözlərinə görə, Kremlin Ukrayna prezidenti Volodimir Zelenskinin devriləcəyinə dair hesablamaları da özünü doğrultmayıb. O qeyd edib:
“Putin artıq bu ölkəni nəzarət altına ala bilməyəcək. Onlar Belarusdakı kimi nə dost, nə də marionet hökumət əldə edə biləcəklər”.
Admiral əlavə edib ki, bu müharibə Avropa ölkələrini ayıltdı – indi onlar öz müdafiələrinə daha ciddi yanaşır, müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq qərarına gəlirlər və Kremlin “demilitarizasiya” etmək istədiyi Ukraynanı silahlandırmaqda davam edirlər.
Kavo Draqonenin fikrincə, bütün bu amillər Putinin strateji məğlubiyyətə uğradığını göstərir:
“Rusiya cəbhədə bəzi kiçik və ləng irəliləyişlər əldə etsə də, bu uğurlar çox yüksək itkilər bahasına başa gəlir və ümumi mənzərə dəyişmir”.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта