RU

Azərbaycan maliyyə institutlarının qızıl alışı üzrə dünyada ön sıralardadır

Dünya Qızıl Şurası (World Gold Council, WGC) dünya ölkələrinin mərkəzi bankları və digər maliyyə institutlarının qızıl alışı üzrə göstəriciləri açıqlayıb.
“APA-Economics” in Dünya Qızıl Şurasının hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici üzrə 2025-ci ildə ən böyük xalis qızıl alıcısı Polşa Milli Bankı olub – 67 ton.

Hesabata əsasən, digər iri alıcılar arasında 40 ton ilə Qazaxıstan (Qazaxıstan Milli Bankı – red.) və 38 ton ilə Azərbaycan (Azərbaycan Respublikası Dövlət Neft Fondu, ARDNF – red.) yer alır.

ARDNF-nin məlumatına görə, 1 yanvar 2025-ci il tarixinə Fondun qızıl ehtiyatı 146,6 ton təşkil etdiyi halda oktyabr ayının 1-nə bu rəqəm 184,8 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son 9 ayda 38,2 ton artırıb.
Избранный
17
4
sherg.az

5Источники