RU

Fransada sürücü qəsdən insanların üzərinə çırpılıb, azı on nəfər yaralanıb

Fransada sürücü qəsdən insanların üzərinə çırpılıb, azı on nəfər yaralanıb.

“Le Figaro” qəzetinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, Fransanın qərbində sürücü qəsdən piyadaları və velosipedçiləri vurub. Hadisə İl d’Oleron adasında baş verib.

Son məlumatlara görə, ən azı on nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Şahidlər avtomobilin yüksək sürətlə hərəkət etdiyini və qəsdən insanları vurduğunu bildiriblər.

Polis sürücünü hadisə yerində saxlayıb. İlkin məlumatlara görə, toqquşma qəsdən törədilib.

“Sürücü saxlanılarkən “Allahu Əkbər!” deyə qışqırıb. Lakin cinayətin motivi hələ də bəlli deyil və istintaq zamanı aydınlaşdırılacaq”, – yerli prokurorluq jurnalistlərə bildirib.

Избранный
31
2
interpress.az

2Источники