RU

ABŞ-də hökumət böhranı dərinləşir:Hər həftəlik dayanma iqtisadiyyata 30 milyard dollara başa gəlir

ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) artıq ölkə iqtisadiyyatı üçün daha ağrılı nəticələr doğurmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, hökumət fəaliyyətinin hər həftəlik dayanması ABŞ iqtisadiyyatına 10-30 milyard dollar zərər vurur. Analitiklər hesab edirlər ki, zərər daha da çox ola bilər, çünki hazırda ölkə iqtisadiyyatı yeddi il əvvəlkindən daha həssas vəziyyətdədir. Bir çox amerikalılar inflyasiya və iş imkanlarının azalması səbəbindən narahatdırlar.

Donald Trampın prezidentliyinin ilk dövründəki şatdaunla müqayisədə bu dəfəki vəziyyət yalnız federal işçilərin maaşsız qalması ilə məhdudlaşmır. Milyonlarla amerikalı bayram ərəfəsində ərzaq yardımlarına tam çıxış imkanını itirir.

Barclays bankının ABŞ üzrə baş iqtisadçısı Conatan Millar bildirib ki, əvvəllər hökumət işinin dayandırılması iqtisadi fəlakətə gətirmirdi, lakin bu dəfə nəticələr tam fərqli ola bilər.

Aytəkin TOFİQQIZI

Избранный
26
1
redaktor.az

2Источники