RU

Bakıda kəmər taxan sürücülər də kamera ilə CƏRİMƏLƏNİR SƏBƏB? FOTOLAR

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda quraşdırılan yeni nəsil yol nəzarət kameralarının qeyd etdiyi görüntülərlə bəzi sürücülərə haqsız yerə cərimə tətbiq edildiyi iddia olunur. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə radarların texniki səhvi üzə çıxıb.

Belə ki, paylaşılan görüntülərdə təhlükəsizlik kəmərindən istifadə edən bəzi avtomobil sahiblərinə “kəmərsiz avtomobil idarə etmə” maddəsi ilə cərimə protokolu göndərildiyi bildirilir.

Avtosfer.az xəbər verir ki, belə kameralardan biri də Bakı-Sumqayıt yolundadır. Kameranın çəkdiyi kadrlar o qədər işıqlı olur ki, kəmərin rəngi geyimin rənginə uyğun fokuslanır və nəticədə təhlükəsizlik kəmərini taxmış sürücüyə belə elektron protokol göndərilir. Bununla bağlı çoxlu sayda şikayətlər daxil olduğu üçün Baş Dövlət Yol Polisi İdarəsi araşdırmalara başlayıb. Çox güman ki, araşdırmaların yekunu olaraq həmin protokollara xitam veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
avtosfer.az

1Источники