RU

“Sizinlə danışacaq bir mövzumuz yoxdur” - Nizami Paşayev İDMAN.BİZ-ə GİLEYLƏNDİ

Ağır atlet Nizami Paşayevin adı idmansevərlərə yaxşı tanışdır - ikiqat dünya çempionu, Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi. Karyerasını başa vurduqdan sonra o, hətta Azərbaycan yığmasının baş məşqçisi vəzifəsini də icra edib. Lakin London Olimpiya Oyunlarından sonra Paşayev sanki ağır atletika dünyasından tamamilə itib.

Son vaxtlar onun Azərbaycandan köçdüyü barədə davamlı şayiələr yayılırdı.

İdman.Biz Nizami Paşayevlə əlaqə saxlayaraq bu məlumatların əsassız olmadığını dəqiqləşdirib.

“Bəli, mən hazırda Rusiyadayam, Moskvada yaşayıram və nə vaxt qayıdacağımı bilmirəm. Üstəlik, niyə qayıtmalıyam ki? Kim məni gözləyir? Artıq on ildir ki, nə federasiyadan, nə də başqa bir yerdən mənimlə maraqlanan yoxdur…”, - deyə Nizami Paşayev şikayətlənib.

Nizami Paşayev fikrinin davamında söyləyib ki, federasiyada rəhbərlik dəyişsə də, ümumilikdə yeni uğur yoxdur.

“Ona görə də sizinlə danışmağa heç bir mövzumuz yoxdur. Mənim yeganə istəyim sevdiyim idman növünün Azərbaycanda inkişafına kömək etmək idi, görünür, bu heç kimə lazım deyil”, - deyə tanınmış ağır atlet vurğulayıb və söhbəti davam etdirməkdən imtina edib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə:
Избранный
33
1
idman.biz

2Источники