RU

Premyer Liqa: Azərbaycan derbilərində 13 avtoqol - ARENA.AZ

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

“Qarabağ” və “Neftçi” arasında daha öncə baş tutmuş oyunlarda 13 avtoqol qeydə alınıb.

Azərbaycan derbilərindəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola isə “Neftçi” imza atıb.

İlk avtoqol – Səttar Əliyev (“Qarabağ”) – 14.11.1999. “Neftçi” – “Qarabağ” 2:0.

“Neftçi”nin ilk avtoqolu – Jayro Rodriqes – 21.08.2016. “Qarabağ” – “Neftçi” 3:0.

İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jayro Rodriqes (“Neftçi”) – 21.08.2016. “Qarabağ” – “Neftçi” 3:0, 25.10.2016. “Neftçi” – “Qarabağ” 0:2.

Ümumi avtoqol sayı – 13

“Neftçi”nin avtoqolları – 8

“Qarabağ”ın avqotolları – 5

İki avtoqol olan yeganə oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi” 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”)

Eyni oyunda həm öz, həm də rəqib qapısına qol vuran yeganə oyunçu – Mateus Saldanya – 02.05.2023. “Neftçi” – “Qarabağ” 2:4

4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. “Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola üzülüb.

2016/2017-ci illər mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb. “Neftçi” üç fərqli matçda öz qapısına qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
8
7
arena.az

10Источники