RU

AYİB "yaşıl" maliyyələşmənin inkişafı məqsədilə "Burgan Bank Türkiye" bankına iri həcmli kredit ayırıb

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “BurganBankı”na yaşıl maliyyələşmənin inkişafı məqsədilə 25 milyon avroməbləğində kredit ayırıb. Bu, bank üçün bu istiqamətdə həyatakeçirilən ilk layihə olacaq.

Trend AYİB-əistinadən xəbər verir ki, kredit AYİB-in flaqman “Yaşılİqtisadiyyatın Maliyyələşdirilməsi Təşəbbüsü” (GEFF) proqramınınikinci mərhələsi çərçivəsində təqdim edilib.

Ayrılan vəsaitlər “Burgan Bank”ın dayanıqlı inkişaf sahəsindəkiöhdəliklərini möhkəmləndirəcək və kommersiya, dövlət və yaşayışsektorlarında yaşıl layihələrin maliyyələşdirilməsini təminedəcək.

GEFF proqramı Türkiyənin özəl sektoruna tərəfdaş maliyyəinstitutları vasitəsilə uzunmüddətli maliyyə resurslarının cəlbolunmasına yönəlib. Məqsəd enerji səmərəliliyinə, bərpa olunanenerji mənbələrinə, iqlim dayanıqlığına və yaşıl texnologiyalarasərmayələri dəstəkləmək, bununla da ölkənin aşağı karbonlu vədayanıqlı iqtisadiyyata keçidinə vasitəçilik etməkdir.

"“Burgan Bank Türkiye” korporativ, kommersiya və rəqəmsalbankçılıq sahəsində geniş müştəri bazasına xidmət göstərir vəölkənin 13 sənaye və ticarət regionunda yerləşən 28 filialvasitəsilə fəaliyyət göstərir", - bankın məlumatındabildirilir.

Qeyd olunur ki, AYİB 2009-cu ildən etibarən Türkiyədə fəaliyyətəbaşladığı vaxtdan bu ölkənin əsas investorlarından biri olaraqqalır. Bu müddət ərzində bank əsasən özəl sektorda həyata keçirilən499 layihə və ticarət maliyyələşdirməsinə ümumilikdə 22 milyardavrodan çox sərmayə yatırıb.

Избранный
21
az.trend.az

1Источники