Bakıda qidadan zəhərlənən qadın xəstəxanada vəfat edib.
Gundem.az xəbər verir ki, noyabrın 4-ü saat 04 radələrində Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş Q.Cabbarova orada ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.