RU

Notariuslar bu şəxslərin etibarnamələrini təsdiqləmir, absurd haldır

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanda notariuslar barəsində cinayət işi açılmış şəxslərin etibarnamələrini təsdiqlətməkdən imtina edir. Hətta onların qohumlarına dair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaq edilir”. 

AzPost bildirir ki, bu barədə tanınmış vəkil Əkrəm Həsənov sosial şəbəkədə paylaşımında məlumat verib.

Onun fikrincə, məhkəmələrin belə bir göstəriş verəcəyinə inanmır: “Kimsə notariuslara belə bir göstəriş verir. Belə bir məhdudiyyətin qoyulması absurddur və qanuna ziddir. Məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakimin belə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil”.

Ə.Həsənov qeyd edib ki, hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkar belə etibarnamə vermək hüququna malikdir: “Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrum edilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəlləyə əsasən insan hüquq qabiliyyətindən məhrum edilə bilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa, onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər. Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi, quldur, kölədir”.

Vəkil bu qeyri-qanuni göstərişin səbəbini anlamadğını bildirib: “Bununla nəyə nail olmaq istəyirlər? Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yolu var: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onu təmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır”.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
azpost.info

1Источники