
“Sülh Ermənistan və Azərbaycana öz suverenliyini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq forumnda çıxışı zamanı bildirib.
“İstənilən münaqişə üçüncü ölkələrin öz maraqlarını həyata keçirməsi və münaqişə tərəflərinə təsirini gücləndirməsi üçün münbit zəmin yaradır”, - Mirzoyan qeyd edib.