Azərbaycanın “Sabah” və “Qarabağ” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti matçlarını keçirəcəklər.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələsinin 4-cü turunda, Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.
Oyun “Azərsun Arena”da baş tutacaq. Bu oyuna saat 15:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” bundan öncə keçirdiyi oyunlarda “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (Bilbao, İspaniya) 0:3 hesabıyla uduzub. Ağdam təmsilçisi Liqa mərhələsinin turnir cədvəlində xalsız olan 6 komandadan biridir. Təmsilçimiz 36 iştirakçı arasında 35-ci sırada qərarlaşıb.
“Sabah” isə UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”ı qəbul edəcək. Bu görüş “Masazır Arena”da keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.
Xatırladaq ki, “bayquşlar” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzublar.

