RU

Azərbaycan Sosial İnkişaf üzrə Dünya Sammitində mənzil siyasəti sahəsində təcrübəsini təqdim etdi FOTOLAR KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti Qətərin paytaxtı Dohada 4–6 noyabr tarixlərində keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammitində iştirak edir.

KONKRET.az xəbər verir ki, Komitə sədri Anar Quliyev Sammit çərçivəsində keçirilən “Sosial inkişafın əsası kimi əlverişli mənzil” sessiyasında çıxış edib və mənzil siyasətinin sosial rifah və inklüziv inkişaf üçün əsas dayaqlardan biri olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın milli mənzil siyasəti mənzili inklüziv inkişaf və sosial sabitliyin əsas dayağı kimi qəbul edir. Strategiyamızın önəmli istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda köçkünlərin mərhələli məskunlaşdırılması və dayanıqlı, yaşanılabilən şəhərlərin qurulmasıdır.

Həmçinin Azərbaycanın BMT-nin Məskunlaşma Assambleyasının “Hər kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsi və bu təşəbbüs çərçivəsində ədalətli və davamlı mənzil siyasətinin təşviqinə fəal töhfə verməyə davam ediləcəyi bildirilib.

Bu istiqamətdə müzakirələrin davamı üçün 2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) mühüm qlobal platforma olacaq. Sonda Anar Quliyev bütün tərəfdaşları və ölkələri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu beynəlxalq tədbirdə Bakıda bir araya gəlməyə dəvət edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
9
konkret.az

10Источники