RU

"BakuBus" avtobusuna su damıb - Sərnişinlər narazıdır

Lökbatan qəsəbəsi – "28 May" metrostansiyası istiqamətində hərəkət edən "BakuBus"a məxsus 125 saylı marşrut avtobusunda xoşagəlməz hal yaşanıb.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, yağışlı hava şəraiti zamanı avtobusun tavanından su damıb.

Hadisə zamanı avtobus hərəkətdə olub və bir neçə sərnişin oturacaqların islanmasından narazılıq edib.

Sızma avtobusun orta qapıya yaxın hissəsində daha çox hiss olunub.

Избранный
23
1
far.az

2Источники