RU

Gələn il İşsizklikdən Sığorta Fondunun vəsaiti hesabına 4,50 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq

BAKI, 5 noyabr. TELEQRAF
2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxslər işlə təmin edilmişdir.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək verilməsi gözlənilir. Əhalinin məşğulluğunu təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünə məşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və işsizdən sığorta fondun büdcə xərclərinin 29 faizini təşkil edəcəkdir. Növbəti ildə işsizdən sohorta fondun vəsaitə hesabına 8 min dünya bankı layihəsi çərçivəsində isə 7000 nəfər olmaqla, ümumilikdə 15000 ailənin özünə məşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyin artırılması məqsədilə yeni zərflərin tətbiqinə başlanacaqdır. 2026-cu ildə işsiz və işaxtaraşəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17500-də yaxın müdavimin bu prosesə cəlb olması istiqamətində müvafiq işlərin həyata keçirməsi nəzərdə tutulur. Təlim prosesinin dövlət məşğulluq agentliyin tabiində fəaliyyət göstərən peşə hazırlıqı mərkəzləri eləcə də özəl tədris mərkəzləri tərəfindən reallaşdırılması planlaşdırılır.
Hazırda 175 ixtisas üzrə peşə hazırlıq kursları dövlət məşğulluq agentliyi tərəfindən təşkil edilərək həyata keçirilir. Eyni zamanda 2026-cı ildə 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması və 135 peşə və kvalifikasiya standartının yenilənməsi həyata keçiriləcəkdir. Əhalinin məşğulluğunu dəstəklənmək üçün işə götürənlərlə əmək haqqın birgə malləşməsi mexanizmi genişlənəcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına 1500 iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur.
Избранный
38
3
teleqraf.com

10Источники