AZ

Nazir: Tələbə və işaxtaranların iş karyerasına dəstək veriləcək

Əhalinin məşğulluğunu dəstəkləmək üçün işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi genişləndiriləcək və 2026-cı ildə bu istiqamətdə əmək bazarına 1 500 iştirakçının proqram çərçivəsində cəlb olunması nəzərdə tutulur.

Ölkə.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin  Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, işədüzəlmə prosesinin təşkili və əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi tədbirləri çərçivəsində 2026-cı ildə ölkədə ümumilikdə 180 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulur. 

“Tələbə və şagirdlərin, habelə onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına, karyera hədəfinin müəyyənləşdirilməsinə dəstək və əmək bazarının gələcək tələblərinə uyğun maarifləndirmə işləri aparmaq məqsədi ilə təşkil olunan peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayı növbəti il 230 mindən çox olacaqdır”, - nazir vurğulayıb.

 Mürtəza

Seçilən
11
2
olke.az

10Mənbələr