RU

“Meyxanadakı söyüşü, pis vərdişləri yığışdıra bilmədim“ VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meyxanaçı Namiq Qaraçuxurlu meyxana sənətindən danışıb. 

"Mədəni şou" proqramında yer alan ifaçıya "Meyxana sənətinin əvvəlki nüfuzunu qaytarması üçün nə etmək lazımdır" sualına belə cavab verib:

"Mənim meyxanaya qayıtmağım lazımdır. Amma meyxanaçıların da məni dinləməyi lazımdır. Qayıtmağı edə bilərəm, onların məni dinləməsinə isə cavabdeh deyiləm. Onlara qadağa qoya bilmərəm, hərəsi bir ustaddır. Məni tənqid edirlər ki, gəl meyxanaya. Amma mahnılarımı da sevirlər. Gördüm ip əldən gedir, meyxanada başqa atmosfer var. Meyxanaçıların adı pis vərdişlərdə hallandı. Meyxanaçıların toylarda davaları, söyüşləri çıxdı ortaya, bunu yığıb-yığışdıra bilmədim. Mənə qulaq asmırdılar, öz işlərini görürdülər. Məcbur mən də uzaqlaşdım". (Axşam.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
5
moderator.az

7Источники