RU

Yaşayış minimumu və ehtiyac meyarı artırılır

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.

Bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.

Qeyd edək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.

yaşayış minimumu ehtiyac meyarı 2026 dövlət büdcəsi sosial siyasət Milli Məclis qanun layihəsi gəlir səviyyəsi sosial təminat iqtisadi göstəricilər əmək və sosial siyasət komitəsi yaşayış səviyyəsi sosial rifah minimum gəlir həddi Azərbaycan iqtisadiyyatı sosial islahatlar
Избранный
27
29
marja.az

10Источники