RU

Azərbaycanda vəkil hoteldə öldü

Yevlax rayonunda hotellərdən birində ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhərinin ərazisində yerləşən "Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Onun dərman həbləri içərək öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən "Fortiori” vəkil bürosunun üzvü olub.

Избранный
20
22
publika.az

10Источники